İsveçrəli ekspert: Avropa Oyunları Azərbaycan üçün böyük şans olacaq

“Adətən böyük idman tədbirləri yalnız idmanın inkişafına deyil, o cümlədən, ev sahibliyi edən ölkənin inkişafına mühüm təsir göstərir. Bu baxımdan hesab edirəm ki, birinci Avropa Oyunları Azərbaycan üçün böyük şans olacaq”. Bu sözləri Trend-ə isveçrəli ekspert Stiv Remi demişdir.

Remi qeyd etmişdir ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə dünya idman xəritəsində öz layiqli yerini tutacaq. Oyunlar keçirilən müddətdə dünya mediasının diqqəti Azərbaycana yönələcək və 100 milyonlarla insan bu Oyunlara tamaşa edəcək: “O cümlədən, bu Oyunları izləmək üçün Azərbaycana on minlərlə insan gələcək. Təbii ki, bunlar Azərbaycan iqtisadiyyatına müsbət mənada mühüm təsir göstərəcək. Avropa, Amerika, Asiya, eləcə də dünyanın digər ərazilərində çox sayda insan Azərbaycan haqqında, onun turizm potensialı barədə geniş məlumat əldə edəcək ki, bu da turistləri ölkəyə cəlb etmək üçün əlverişli imkan yaradacaq”.

Ekspert bildirib ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq imicinin yüksəlməsinə də səbəb olacaq: “Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqda davam edir. Hesab edirəm ki, bu Oyunlar Azərbaycanın həm regionda, həm də dünyada daha möhkəm mövqe tutmasına şərait yaradacaq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında