Azərbaycanın şərəfini onlar qoruyacaqlar

“Bakı-2015” birinci Avropa Oyunları artıq start ərəfəsindədir. Həyata yenicə vəsiqə alan bu möhtəşəm idman bayramının ilk qalib və mükafatçıalrının adları tezliklə bütün dünyaya məlum olacaq.

Bəs Azərbaycanın ayrı-ayrı komandaları hansı heyətlə medal qazanmağa, fəxri kürsüyə yüksəlməyə çalışacaqlar? Birinci olaraq cüdoçuları təqdim edirik.

Tatami ustalarımız Oyunlarda özlərinin ən mübariz heyəti ilə çıxış edəcəklər. Komandanın məşqçiləri Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Ramin Qurbanov (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanki Kokauriyə (100 kq-dan yuxarı) etimad göstərmişlər.

Bu cüdoçuların hamısı dəfələrə dünya və Avropa çempionatlarında, “Qran-pri”lərdə və digər mötəbər beynəlxalq yarışlarda ustalığını inamla sübuta yetirmişdir.

 İndi isə xalqımız onlardan iyunun 25-28-də Heydər Əliyev adına İdman Sarayında keçiriləcək birinci Avropa Oyunlarında qələbə və medallar gözləyəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında