Salome PAJAVA: İnanıram ki, 12-28 iyun günləri Bakıda sürprizlərlə dolu olacaq

Gürcüstan gimnastı Salome Pajava Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak hüququ qazanıb. Artıq Gürcüstanın Milli Gimnastika Federasiyası (MGF) Beynəlxalq Gimnastika Federasiyasından belə bir dəvət alıb.

Gürcüstan MGF-dən verilən məlumata görə, Salome “Bakı-2015”-də iştirakla bağlı dəvəti Vyanada keçirilmiş Avropa çempionatının nəticələrinə görə qazanıb. Bədii gimnastika üzrə çempionatda Salome ilk iyirmiliyə düşə bilib. Lyublyanada (Sloveniya) keçirilmiş bədii gimnastika üzrə beynəlxalq turnirdə isə gimnast 67,450 xal toplayaraq birinci yerə çıxıb. Artıq gürcü gimnastının hesabında iki qızıl və iki gümüş medal var.

Salome hazırda birinci Avropa Oyunlarında yarışlara hazırlıq işləri ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, “Bakı-2015” onun üçün böyük sınaq meydanı olacaq. Çünki idman karyerasının taleyi məhz bu oyunlardan asılı olacaq. Bakıda keçiriləcək birinci Avropa Oyunları onun 2016-cı il Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyini müəyyənləşdirəcək. Buna görə də gimnast özünün hazırlıqlarını yüksək beynəlxalq standartlar səviyyəsinə çatdırmağa çalışır.

Salome Pajava Bakıya böyük ümidlərlə gəldiyini deyib. Onun sözlərinə görə, bu beynəlxalq əhəmiyyətli tədbirin Bakıda keçirilməsi gürcü idmançılara əlavə stimul verir. “Bakı Gürcüstanın dostu və yaxın tərəfdaşı olan qardaş ölkənin paytaxtıdır. Burada geniş idman infrastrukturu yaradıldığını bilirəm. Eyni zamanda, Bakının böyük beynəlxalq tədbirlər keçirmək sahəsində zəngin təcrübəsi var. Birinci Avropa Oyunlarının yüksək standartlar səviyyəsində keçirilməsi üçün ölkə rəhbərliyinin, eləcə də Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın səylərini alqışlayıram. İnanıram ki, 12-28 iyun günləri Bakıda sürprizlərlə dolu olacaq. Eyni zamanda, əminəm ki, qardaş ölkədə uğur qazanmaq arzularım reallaşacaq”

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında