Mark ENQLƏND: “Bakı-2015” Oyunlarından medalla qayıdacağıq

Böyük Britaniya idmançıları birinci Avropa Oyunlarına mükafat qazanmaq arzusu ilə gəlirlər. İdmanın 19 növündə yarışacaq komandanın rəhbəri Mark Enqlənd bildirib ki, Avropa Oyunları ilk dəfə keçirildiyindən idmançılarda böyük maraq oyadıb. Bu marağı oyadan digər səbəblərdən biri də I Avropa Oyunlarının proqramına daxil edilən  idman növlərindən 12-si  “Rio-2016" Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq baxımından böyük önəm daşıyır.

Mark Enqləndin Britaniya komandasına rəhbər təyin olunması yerli idman həvəskarlarında böyük inam yaradıb. Britaniya qəzetlərində dərc olunan məqalələrdə Azərbaycanın ilk Avropa Oyunlarına ciddi hazırlaşması barədə silsilə məqalələr dərc olunur. Həmin məqalələrdə  Mark Enqləndin çox təcrübəli idman mütəxəssisi olduğu da qeyd edilir. Bildirilir ki, Britaniya Olimpiya Assosiasiyası  Mark Enqləndin nüfuzlu və təcrübəli olmasını nəzərə alaraq, I Avropa Oyunlarında iştirak edəcək komandaya məhz onun rəhbərlik etməsini məqsədəmüvafiq bilib. BOA-nın rəhbəri Lord Coe ilk Avropa Oyunlarının çox ciddi bir yarışma olduğunu qeyd edib və bildirib ki, buna görə də ingilislərin qələbə qazanması üçün komandaya təcrübəli mütəxəssislər cəlb olunub. 

İlk Avropa Oyunlarında iştirak edəcək britaniyalılardan ibarət komandanın rəhbəri Mark Enqlənd ona göstərilən etimadı doğruldacağını bildirib. Soçi Olimpiadasında iştirak edən Britaniya komandasına da rəhbərliyin ona etibar edildiyini xatırladan M. Enqlənd bu dəfə Azərbaycana da medal qazanmaq əzmi ilə gedəcəklərini bildirib: “Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarında iştirak etmək bizim üçün həm şərəfli, həm də böyük fürsətdir. İdmançılarımızın əksəriyyəti Avropanın ən güclülərinə qarşı yarışmaqla özlərini sınayacaq.  Onlar çoxnövlü idman yarışlarında əhəmiyyətli təcrübə qazanacaqlar. Bu təcrübə “Rio-2016” Olimpiya Oyunları ərəfəsində çox vacibdir".

M. Enqlənd  ilk Avropa Oyunlarının yüksək səviyədə keçirilməsi üçün Təşkilat Komitəsinin gördüyü işlərlə yaxından tanış olduğunu bildirib və bunu ölkədə idmana göstərilən qayğı kimi dəyərləndirib.

Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında