Rövşən BAYRAMOV: Avropa Azərbaycandan yeni töhfələr gözləyir

Pekin və London olimpiadalarının gümüş medalçısı Rövşən Bayramovla yığma komandanın açıq məşq toplantısında görüşdük.

Güləş aləmində ən istedadlı pəhləvanlardan sayılan təcrübəli idmançı I Avropa Oyunları ilə bağlı fikirlərini bizimlə bölüşdü: “Avropa Oyunlarının həm tarixdə ilk dəfə keçirildiyinə, həm də ölkəmizdə təşkilinə görə bizim üçün böyük əhəmiyyəti var. Müstəqillik dövründə ayrı-ayrı idman növlərində əldə etdiyimiz nəticələr, Azərbaycanda idman sahəsindəki yüksəliş dünya Olimpiya hərəkatının inkişafına əvəzsiz töhfələr verib. Ölkəmiz növbəti uğuruna imza atmağa hazırlaşır. I Avropa Oyunlarının təşkili üçün görülən böyük işlər bu irimiqyaslı qitə yarışlarının da digər mötəbər tədbirlər kimi uğurla keçiriləcəyinə təminat verir. Avropa Olimpiya ailəsi “Odlar yurdu” Azərbaycandan yeni töhfələr gözləyir".

Dünyada Azərbaycan güləşçilərinin ciddi rəqib kimi tanındıqlarını deyən R.Bayramov yığma komandada yüksək əhval-ruhiyyənin hökm sürdüyünü də vurğuladı: “Bildiyiniz kimi “Bakı-2015”-ə gələcək nümayəndə heyətlərinin tərkibində çox güclü güləşçilər yer alıblar. Pəhləvanlarımız dünyada ciddi rəqib kimi tanınırlar. Son illər qazandığımız nailiyyətlər güləşçilərimizin dünya arenalarındakı mövqeyini daha da möhkəmlədib. I Avropa Oyunlarına da komandamız məsuliyyətlə hazırlaşır. Azərbaycan ictimaiyyəti onların hər birindən medal gözləyir".

Söhbəti qələmə aldı:
Leyla Qurbanova,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında