Lorenzo QLESSİ: Birinci Avropa Oyunları Azərbaycanda çox qısa müddətdə, zövqlə və xüsusi diqqətlə təşkil edilib

“Son illərdə yaxından tanış olduğum müstəqil Azərbaycan Respublikası təkcə Avropanın neft-qaz təhlükəsizliyinin təmin edilməsində oynadığı rola görə deyil, həm də mədəniyyətlərarası dialoqla, kütləvi idmanla bağlı böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyinə görə dünyada kifayət qədər müsbət imic qazanıb”. Bu fikirləri  birinci Avropa Oyunlarına səylə hazırlaşan italiyalı üzgüçü Lorenzo Qlessi söyləyib

Onun sözlərinə görə, “Bakı-2015" birinci Avropa Oyunlarının təşkili ilə bağlı işlər Azərbaycanda çox qısa müddətdə, zövqlə və xüsusi diqqətlə aparılıb. Görülmüş işlər, Avropanın tarixində ilk dəfə keçiriləcək bu Oyunların yüksək səviyyədə təşkili üçün atılmış addımlar bütün dünyanın diqqət mərkəzindədir. İstər ölkə Prezidenti cənab İlham Əliyevin, istərsə də Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bu çətin və mürəkkəb məsələlərin ən yüksək səviyyədə həlli üçün göstərdiyi səylər diqqətəlayiqdir. Ölkədə bu məsələyə o qədər həssas yanaşılır ki, istər-istəməz görülən işlərin qonaqların ürəyincə olacağına inanmamaq mümkün deyil. “Əminəm ki, ölkə özünün qonaqpərvərlik ənənələrinə uyğun olaraq, bu şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən də layiqincə gələcək. Bunun üçün Azərbaycanın kifayət qədər maddi və mənəvi potensialı var".

Qeyd edək ki, Lorenzo Qlessi 1998-ci ildə anadan olub, 100 və 200 metr məsafəyə arxası üstə, 200 metr məsafəyə qarışıq növlü üzgüçülük üzrə mütəxəssisdir. Qlessi İtaliyanın ən nüfuzlu üzgüçüləri ilə birlikdə Romadakı Olimpiya İdman Mərkəzində təlimlərini davam etdirir. O, “Bakı-2015" birinci Avropa Oyunlarında yarışacaq 34 italiyalı üzgüçüdən biri olacaq. Qlessiyə kömək edən üzgüçülər arasında ikiqat dünya mükafatçısı və üçqat Avropa çempionu Fabio Skozzoli, 2014-cü ildə 4 x100 m məsafəyə qarışıq sərbəst üsulla üzgüçülük yarışı üzrə Avropa çempionu Erika Ferraioli, iki dəfə Aralıq dənizi Oyunları üzrə qızıl medal mükafatçısı Federiko Turrini, iki dəfə Avropa gümüş medal mükafatçısı Qabriel Detti və altıqat Avropa çempionu Rakel Bruni də var.

“Mən belə vacib və genişmiqyaslı yarışlara qatılmağımla, doğrudan da, fəxr edirəm, hətta bir az həyəcanlıyam”, -deyə Qlessi bildirib.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında