“Cəbrayıl yalnız qızıl medal uğrunda mübarizə aparacaq”

İkiqat Avropa çempionu və gümüş mükafatçısı, dünya çempionatının bürünc medalçısı, London Olimpiadasının iştirakçısı Cəbrayıl Həsənov minlərlə qitə sakinini I Avropa Oyunlarında bir araya gətirəcək Bakı arenasında medal ümidlərimizdən biridir.

Sərbəst güləşçimizin yeniyetmə, gənclər və kişilər arasında mötəbər idman yarışlarında əldə etdiyi nailiyyətləri onu dünyanın təcrübəli güləşçiləri sırasına çıxarıb. “Cəbrayılın son yarışlarda çıxışları da inamlı təsir bağışlayır. Ötən il Finlandiyada keçirilmiş Avropa çempionatında qızıl medala çox yaxın olsa da şansını əldən verdi. Yetirməm əslində, imkanlarından tam istifadə etsəydi, ilk pillədə qərarlaşa bilərdi. I Avropa Oyunlarında medal qazanmaq bizim üçün mühüm əhəmiyyət daşıyır. Cəbrayıl Avropa Oyunlarında, yalnız qızıl medal uğrunda mübarizə aparacaq”, - bu sözləri güləşçinin şəxsi məşqçisi Aslan Ağayev dedi.

Azərbaycanın ən perspektivli güləşçilərindən sayılan Cəbrayıl 13 yaşında yeniyetmələr arasında Avropa birinciliyində ilk nailiyyətini qazanıb. 18 yaşa qədər yeniyetmələr və gənclər arasında Avropa və dünya birinciliklərinin qalibi və mükafatçısı siyahısına adını yazdıran istedadlı pəhləvanımız iki dəfə Avropa çempionu olub. London Olimpiadasına lisenziyanı dünya çempionatında bürünc medal qazanmaqla əldə edib.

Olimpiya oyunlarının iştirakçısı I Avropa Oyunlarında qızıl medal qazanmaq əzmi ilə məşqlərini davam etdirir. Cəbrayıl Həsənovla söhbətimiz zamanı dediyi sözlər inamlı təsir bağışlayır: “Doğma divarlar arasında mübarizə əzmi daha da artır. Düşünürəm bizə bəslənilən etimadı doğruldacağıq”. Azərbaycan ictimaiyyəti də idmançılarımızdan elə bu qələbələri gözləyir.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında