İspaniya “Bakı-2015”-ə 6 Olimpiya mükafatçısı ilə gəlir

İspaniya birinci Avropa Oyunlarında 214 idmançı ilə təmsil olunacaq.

İspaniya Olimpiya Komitəsinin baş katibi “Bakı-2015” Avropa Oyunlarında iştirak etmək üçün 117 kişi və 97 qadın idmançının adını açıqlayıb.

“Bakı-2015”-in saytında bildirilir ki, onlardan altısı daha öncə Olimpiya medalı qazanıb və Azərbaycanda medal kolleksiyalarını zənginləşdirmək üçün öz təcrübələrindən istifadə edəcəklər.

Saul Kraviotto Rivero “Pekin 2008”-in 500 metr məsafəyə kayak-cütlük və “London-2012”-nin 200 m məsafəyə kayak-təkbətək yarışında gümüş medal qazanıb.

İspaniyanın taekvondo komandasında da Olimpiya medalçısı yer alır. İkiqat dünya və Avropa çempionu Coel Qonzales “London-2012”-də 58 kq çəki dərəcəsində qızıl medal əldə edib. Üçqat dünya çempionu Briqida Yaque 2012-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunlarında 49 kq çəki dərəcəsində gümüş medala yiyələnib.

Dağ velosipedçisi Xose Antonio Hermida ilk dəfə 2000-ci ildə olimpiya təcrübəsi qazanıb və “Afina-2004”-də gümüş medal əldə edib. Bundan əlavə, o, 2012-ci ildə dünya çempionu olub.

Qılıncoynadan Xose Luis Abako “Pekin-2008”-də qılıncoynatmanın şpaqa növündə bürünc medal qazanıb, güləşçi Mayder Unda isə “London 2012”-də 72 kq çəki dərəcəsində bürünc medalın sahibi olub.

İspaniya komandasında dünya və Avropa çempionları da yer alır.

Aerobika gimnastları Sara Moreno və Visente Li 2012-ci ilin dünya mükafatçılarıdır. Cüdoçu Fransisko Qarriqos 2014-cü ildə gənclər arasında dünya və Avropa çempionu olub. Kiyoşi Uyematsu isə 2004-cü ildə cüdo üzrə Avropa çempionatında qızıl medala yiyələnib.

Rossana Simon və Eva Kalvo taekvondo üzrə Avropa çempionlarıdır.

Xuan Xose Aramburu 2011-ci ildə stend atıcılığı üzrə dünya çempionu olub, Alberto Fernandes isə 2010-cu ildə səngər stendi üzrə qızıl medal qazanıb. Fatima Qalves də 2011-ci ildə səngər atıcılığı üzrə Avropa çempionatının qızıl medalına yiyələnib.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında