Romas PETRUKANETSAS: İlk Avropa Oyunlarında iştirak etmək həm Litva, həm də bütövlükdə Avropa idmançıları üçün çox əlamətdar hadisədir

İlk dəfə keçiriləcək Avropa Oyunlarının mükafatçısı olmaq hər bir idmançının arzusudur. Litvalı idmançılar mükafatçılar sırasında yer almaq üçün ciddi hazırlaşırlar. Yarışlarda mübarizə aparacaq baydarka və kanoedə avarçəkmə üzrə Litva komandasının məşqçisi Romas Petrukanetsas bu möhtəşəm yarışda iştirak etməyi həm litvalı, həm də avropalı idmançılar üçün  çox əlamətdar hadisə hesab edir: “Çünki bu yarışlar Avropa tarixində ilk dəfə keçiriləcək”.

Məşqçi  Avropanın idman tarixində yeni səhifələr açacaq bu Oyunların böyük sınaq və perspektiv olduğunu vurğulayıb. O, yarışlara hazırlıq işləri ilə tanış olduğunu bildirib və təşkilati işlərin yüksək səviyyədə qurulmasının onların çempion adı uğrunda əzmlə mübarizə aparacaqlarına böyük ruh yüksəkliyi yaratdığını bildirib. Yarışda iştirak edəcək  litvalı kanoeçilər hesab edirlər ki, bu, Azərbaycan kimi gözəl ölkəni öz gözləri ilə görmək üçün əla fürsətdir.

R. Petrukanetsas yarışların gərgin mübarizə şəraitində keçəcəyini hiss etdiyindən  komandanın tərkibinə Litvanın adlı-sanlı idmançılarının daxil edildiyini bildirib. O, baydarka və kanoedə avarçəkmə üzrə 2012-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı, dəfələrlə dünya və Avropa birinciliklərinin çempionu və mükafatçısı olmuş Yevgeni Şuklinə, ikinəfərlik baydarkada 200 metr məsafəyə yarışlarda Aurimas Lankas və Edvinas Ramanauskasa, birnəfərlik baydarkada 200 metr məsafəyə yarışlarda İqnas Navakasuskasa və komandanın digər üzvlərinə böyük ümid bəsləyir.

Litvalı məşqçi  Bakıda keçiriləcək Avropa Oyunlarında qızıl medallar qazanmaq niyyətində olduqlarını gizlətməyib.

Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında