“I Avropa Oyunlarında qızıl medala qədər irəliləmək arzusundayam”

Dünya Güləş Birliyi tərəfindən açıqlanmış yeni reytinq siyahısında 85 kiloqram çəkidə mövqeyini qoruyan (2-ci yer) yunan-Roma güləşçimiz Saman Təhmasibi I Avropa Oyunlarında medala iddialı idmançılardan biridir.

Qeyd edək ki, 2013-cü ildə dünya çempionatında gümüş medal (10 xal), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl “Qran-Pri” beynəlxalq turnirin final mərhələsində qızıl medal (6 xal) və Avropa çempionatında 5-ci yeri (2 xal) qazanan Saman Təhmasibi yunan-Roma güləşçiləri arasında ən yüksək reytinq xalı - 18 xal toplayaraq 2013-cü ilin yekunlarına görə “Dünyanın ən yaxşı güləşçisi” adına layiq görülmüşdü.

Ötən il Özbəkistanda keçirilən dünya çempionatında güləşçimizin qızıl medal qazanmaq şansları yüksək olsa da, sonda Fransa idmançısı Melonin Noumonvinin öhdəsindən gələ bilməməsi onu bu imkandan məhrum etmişdi. Söhbətimiz zamanı Saman Təhmasibi “Rəqiblərimlə beynəlxalq arenalarda dəfələrlə gücümü sınamışam. Bu Oyunlarda imkanlarımdan maksimum istifadə etmək üçün əlimdən gələni edəcəyəm”,–deyir. Sevimli fəndlərinin isə parter və nakat olduğunu bildirir. 

Saman Təhmasibi 2013 və 2014-cü illərdə dünya çempionatlarında qızıl medalın bir addımlığında büdrəməsinə təəssüf etdiyini vurğuladı və qeyd etdi ki, Avropa Oyunlarında qızıl medala qədər irəliləmək ən böyük arzusudur: “Birinci Avropa Oyunlarının qalibi olmaq gözəl arzudur. İki dəfə dünya çempionatında ardıcıl olaraq, qızıl medalın bir addımlığında büdrəmişəm. I Avropa Oyunlarında qızıl medala qədər irəliləmək arzusundayam”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında