Zarko PASPALJ: Əminik ki, idmançılarımız “Bakı-2015”-dən çoxlu medalla qayıdacaqlar

İlk Avropa Oyunları ilə əlaqədar Belqradda Serbiya Milli Olimpiya Komitəsinin (SMOK) nümayəndələri ilə görüş keçirilib.

Serbiyanı bu mötəbər idman tədbirində təmsil edəcək idmançılara uğurlar arzulayan SMOK-un vitse-prezidenti Zarko Paspalj köhnə qitənin çoxdan gözlədiyi möhtəşəm ilk Avropa Oyunlarında ölkəsinin iştirakından məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, tədbirin yüksək səviyyədə keçirilməsi üçün Avropa Olimpiya Komitəsi və təşkilatçı ölkə - Azərbaycan tərəfindən mühüm işlər görülüb. Yarışlarda Serbiya güclü idmançıların daxil olduğu böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Əminik ki, idmançılarımız “Bakı-2015”-dən çoxlu sayda medalla qayıdacaqlar.   

SMOK-un baş katibi Dorde Visaçki vurğulayıb ki, Serbiya “Bakı-2015”-də son zamanlar beynəlxalq turnirlərə göndərdiyi ən geniş nümayəndə heyətlərindən biri ilə təmsil olunacaq. Müxtəlif yarışlarda göstərdikləri uğurlu nəticələr sayəsində çoxlu sayda atletimiz ilk Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb.

“Bakı-2015”-də iştirak edəcək Serbiya nümayəndə heyətinin rəhbəri Damir Ştayner idmançıların Bakıya səfəri, yarışlarda iştirakı, tədbirin təşkili və digər məsələlərlə bağlı ətraflı məlumat verib.

Maqsud DADAŞOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında