Avropa Oyunlarında Estoniya komandasının bayraqdarı məlum oldu

Estoniya komandası “Bakı-2015”-də bayraqdar Heiki Nabinin liderliyində 59 idmançı ilə təmsil olunacaq. İlk Avropa Oyunlarının açılış mərasimində bayrağı daşımaq məhz Nabiyə həvalə olunub.

“Bakı-2015”-in saytında bildirilir ki, ikiqat dünya çempionu H.Nabi hələ London 2012-də yunan-Roma güləşi üzrə 120 kq çəki dərəcəsində Olimpiya oyunlarının gümüş medalını qazanıb.

Estoniya komandasının tərkibində, həmçinin şpaqa üzrə qılıncoynadanlardan ibarət güclü heyət vardır. Bu idmançılar arasında ikiqat dünya çempionu Nikolay Novosjalov, 2013-cü ildə qadınlar arasında fərdi növ üzrə Avropa titulunun sahibi Culiya Belyayeva, 2013-cü ildə komanda yarışlarında qızıl medal və 2014-cü il dünya çempioantının komanda yarışlarında gümüş medalların sahibləri İrina Embirç və Erika Kirpu da var.

Cüdoçu Künter Rotberq 2006-cı ildə  Avropa bürünc medalına yiyələnib. Yunan-Roma güləşçisi Ardo Arussar və atıcılıq üzrə idmançı Anzela Varonova “London-2012”-də iştirak ediblər. Dağ velosipedi idmanı üzrə Maaris Meyer 2004-cü il Afina Olimpiya Oyunlarının iştirakçısı olub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında