İvana YANDRİÇ: Fəxr edirəm ki, ölkəmi belə bir mötəbər yarışda təmsil edəcəyəm

“Birinci Avropa Oyunlarında iştirakımı səbirsizliklə gözləyirəm. Bakıda medal qazanmaq istəyirəm”. Bu sözləri serbiyalı samboçu İvana Yandriç  deyib. 

Bakıda keçiriləcək ilk Avropa Oyunlarında uğur qazanmaq istəyən idmançı hədəflərini açıqlayıb. 68 kiloqram çəki dərəcəsində mübarizə aparacaq 21 yaşlı İ.Yandriç bildirib ki, yarışa tam hazırdır. O deyib: “Fəxr edirəm ki, ölkəmi belə bir mötəbər yarışda təmsil edəcəyəm. Bu Oyunların məsuliyyətini yaxşı dərk edirəm. Bakıda böyük uğur qazanmaq və Serbiyanı ləyaqətlə təmsil etmək istərdim”.

Qeyd edək ki, Yandriç son Avropa çempionatının bürünc mükafatçısıdır.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında