Fuad Aslanov, Afina 2004-ün bürünc mükafatçısı: Ölkəmizdə keçiriləcək Oyunların ədalətlə idarə edilməsi də böyük əhəmiyyət daşıyır

 “Nanjinqdə (Çin)yeniyetmələrin II Olimpiya Oyunlarında, gənclər arasında dünya çempionatında,  Dünya Boks Seriyası (WSB) liqası yarışlarında hakimlik edən Afina Olimpiadasının bürünc medalçısı Fuad Aslanov birinci Avropa Oyunlarında ədalət təmsilçisi kimi iştirak edəcəyindən hədsiz məmnun olduğunu bildirdi: “Ev sahibliyi etdiyimiz Oyunlarda hakimlik etmək mənim üçün şərəf olmaqla yanaşı, həm də böyük məsuliyyətdir.

Biz idmançılar hakim ədalətsizliyi ilə tez-tez qarşılaşmışıq və bunun idmançılar üçün nə qədər gərginlik yaratdığını çox gözəl başa düşürük. Bu baxımdan ölkəmizdə keçiriləcək Oyunların ədalətlə idarə edilməsi də böyük əhəmiyyət daşıyır. Bu, əsas şərtlərdən biridir. 2004-cü ildə Olimpiya Oyunlarının Vətəni qədim Afinada Olimpiada zamanı yerli sakinlərin necə qürur hissi keçirdiklərinin şahidi oldum. Bu hisslər artıq özünü ölkəmizdə də qabarıq büruzə verir.

Biz Azərbaycanın Avropa Oyunlarının vətəni olmasından hədsiz qürur duyuruq. Əsrlər, qərinələr keçəcək, Azərbaycan həm də Avropa Oyunlarının Vətəni kimi tarixdə qalacaq”.

Beynəlxalq dərəcəli hakim F.Aslanov qitə oyunlarında boksçularımızın yüksək nəticələr əldə edəcəyinə də əmin olduğunu bildirdi: “Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına bir lisenziyamız artıq var. Albert Səlimov (60 kq çəki dərəcəsi) lisenziyanı Dünya Boks Seriyası (WSB) liqasının 12-ci turu çərçivəsində amerikalı Karlos Balderasa qalib gəlməklə əldə edib. Bakıda komandamız tam heyətlə iştirak edəcək. London Olimpiadasının bürünc mükafatçıları Məhəmmədrəsul Məcidov, Teymur Məmmədov, dünya çempionu Cavid Çələbiyev və digər titullu idmançılarımız bu mötəbər yarışlarda qüvvələrini sınayacaqlar. Onlardan qələbələr gözləyirik”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında