Nazim HÜSEYNOV: I Avropa Oyunlarına ev sahibliyimiz tarixi qələbədir

Adını Azərbaycan idman tarixinə qızıl hərflərlə həkk etdirmiş, Olimpiya çempionu, cüdo əfsanəsi adlandırılan Nazim Hüseynov yaxınlaşmaqda olan I Avropa Oyunları ilə bağlı fikirlərini qəzetimizlə bölüşdü:

“Tarixi bir hadisə - avropalıların bir araya gələrək, I Avropa Oyunlarının açılışını təmtəraqla qeyd edəcəkləri gözəl bir idman bayramı ərəfəsindəyik. 4 ildən bir keçiriləcək irimiqyaslı oyunların əsası, məhz həmin gün doğma Bakıda qoyulacaq və bu ənənə dünya durduqca yaşayacaq”.

Barselona Olimpiadasının qalibi, iki dəfə Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısı, 1992-ci ildə Avropanın ən güclü cüdoçusu seçilmiş Nazim Hüseynov gənc nəsil idmançıların daha şanslı olduqlarını vurğuladı: “Olimpiadadan-olimpiadaya medalların sayının artması təsadüfi deyil. Müstəqil Azərbaycanda yetişən gənc idmançı nəsli bu gün çox şanslıdır. Göz oxşayan, müasir standartlara cavab verən  idman komplekslərində, hər cür şəraiti olan arenalarda məşq edib, yüksək nailiyyətlər qazanmaq üçün onların geniş imkanları var”.

Barselona və Atlanta olimpiadalarında Azərbaycan nümayəndə heyətinin bayraqdarı olmuş Nazim Hüseynov müstəqilliyimizin xalqımıza böyük töhfələr bəxş etdiyini bildirdi: “Bu gün müstəqil Azərbaycanın hərtərəfli inkişafı üçün görülən işlərin analoqu yoxdur. Dünya arenalarında Azərbaycanın bütün sahələrdə, o cümlədən idmanda möhtəşəm qələbələri dönə-dönə qeyd edilir. Biz veteran idmançılar bu nailiyyətlərin nə qədər çətinliklə qazanıldığını bilirik.

Müstəqil Azərbaycanın uğurlu dövlət siyasəti nəticəsində ölkəmiz dünyaya nümunə kimi göstərilir. I Avropa Oyunlarına ev sahibliyimiz tarixi qələbədir”.

 

Söhbəti yazdı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında