Aleksandr LEBZYAK: Əsas rəqiblərimizdən biri Azərbaycandır

Mayın 28-də Rusiya Olimpiya Komitəsində keçirilmiş mətbuat konfransında bu ölkə boksçularının yığma komandasının baş məşqçisi Aleksandr Lebzyak yetirmələrinin Avropa Oyunlarına hazırlığı və komandanın bu məsul yarışlarda planları haqqında aşağıdakıları bildirmişdir:

– Mayın 30-da Avropa Oyunları ərəfəsində son təlim-məşq toplanışı keçirmək üçün Soçiyə gedəcəyik. Üç çəki-56, 63 və 91 kq çəki dərəcələri istisna olmaqla komandanın heyəti məlumdur. Qalan namizədlərin imkanlarını Soçidə bir daha yoxlayacağıq. Bakıya kimlərin gedəcəyinə də orada qərar verəcəyəm. İndi qəti deyə bilərəm ki, Bator Saqaluyev (49 kq), Vasili Vetkin (52 kq), Konstantin Boqomazov (60 kq), Maksim Dadaşov (64 kq), Pavel Silyakin (81 kq) və Həsən Qimbatov (+ 91 kq) Azərbaycana gedəcəklər.

Medal planlarımız isə belədir: 2 qızıl, 1 gümüş, 1 bürünc mükafat. Əgər gözlənilməz bir şey baş verməzsə (məsələn, zədələr) biz bu planı yerinə yetirəcəyik, bəlkə də, artıqlamasilə. Boksçularımızdan hər biri üçlüyə daxil ola bilər. Kiminin birinci, kiminin də ikinci, yaxud üçüncü olmağa gücü çatar.

Avropada boksun səviyyəsi çox yüksəlib. Hamıdan və hər kəsdən ehtiyat etmək lazımdır. Bir də ona görə ki, rəqiblər bizimkilərə qarşı görüşlərə daha ciddi hazırlaşırlar. Onlar rusiyalı boksçular üzərində qələbələrə daha böyük əhəmiyyət verirlər. Ona görə də Bakıda bizim üçün asan döyüşlər olmayacaq. Rəqiblərdən Azərbaycan, Almaniya, Böyük Britaniya və Ukrayna komandalarını fərqləndirə bilərəm.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında