Fatih GÜVƏN: Dünyanın hər yerindən əməkdaşlarımızı “Bakı-2015”-ə tamaşaçı kimi dəvət etmişik

Bakıda gerçəkləşəcək  birinci Avropa Oyunlarının həyəcanı ölkəmizdə fəaliyyət göstərən Türk Hava Yolları (THY) şirkətindən də yan keçməyib. Bunu şirkətin Bakı ofisinin rəhbəri Fatih Güvən Oyunlara hazırlıqla bağlı  söhbətimiz zamanı dedi.

THY olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycanın dünya miqyasında tanıdılmasına yönəldilmiş  uğurlu siyasətini və həmçinin  idmana dəstək strategiyasını  hər zaman təqdir etdiklərini vurğulayan Fatih bəy Avropa Oyunları kimi mühüm tədbirin ilk dəfə Bakıda keçirilməsinin Azərbaycan üçün böyük uğur olduğunu söylədi. Onun fikrinə görə, bu hadisə ölkəmizin müsbət yöndə daha çox tanıdılması ilə yanaşı, aviasiya sahəsinin, turizmin, otel biznesinin inkişafına çox müsbət təsir edəcək.

Fatih Güvən bildirdi ki, həm qardaş xalq olaraq, həm də Azərbaycanda fəaliyyət göstərən şirkət kimi özünü bu ölkənin bir parçası sayan THY “Bakı-2015” həyəcanında yaxından iştirak etməyi özünə borc bilir: “Bunun üçün şirkət üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Avropa  Oyunlarında iştirak etmək üçün Bakıya gələcək  qonaqların sayını öncədən təxmin edərək sərnişin daşımalarının həcmini xeyli artırmışıq. Qonaqların ən yüksək səviyyədə qarşılanması və yola salınması üçün bütün ehtiyat tədbirləri görülüb.”

THY-nin Bakı ofisinin  rəhbəri onu da dedi ki, əməkdaşlarla birlikdə iyunun 12-dən 28-dək hər gün fərqli idman növündə yarışlara tamaşa etməyi də qərara alıblar. Bundan başqa THY-nın dünyanın 270-dən çox şəhərindəki   ofislərində  çalışan aviasiyaçıları da Bakı və burada keçiriləcək ilk Avropa Oyunları haqqında geniş məlumatlandıraraq, onları  “Bakı-2015”-ə tamaşaçı kimi dəvət ediblər.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında