Yurq ŞİLD: “Bakı-2015”-dən böyük gözləntilərimiz var

İdman tarixində yeni hadisə olan  Avropa Oyunları planetin bütün diqqətini Bakıya yönəldib. Bu mühüm hadisənin məhz Bakıdan  başqa Avropanın ürəyinin Şərqlə Qərbin, qədimliklə müasirliyin əsrarəngiz sintezini özündə ehtiva edən doğma paytaxtımızda döyünməyə vadar edir.

Obrazlı şəkildə desək, Avropa indi “Bakı vaxtıyla” yaşayır. Onun bir parçası olan İsveçrə də əvvəl, ümumiyyətlə, Avropa Oyunlarının təsis olunmasına qarşı çıxsa da, bu gün “Bakı-2015”-ə həvəslə hazırlaşır. Ölkənin Olimpiya Komitəsinin prezidenti cənab Yurq Şildlə onlayn söhbətimiz zamanı bu barədə danışdıq.

– Cənab Şild, İsveçrənin Avropa Oyunlarının keçirilməsinə münasibətdə əvvəlki mövqeyini dəyişməsini nə ilə izah edərdiniz?

– Biz düşünürdük ki, Avropada idman yarışlarının qrafiki kifayət qədər intensivdir və əlavə böyük turnirə, bəlkə də, ehtiyac yoxdur. Lakin bir halda ki, müsbət  qərar verilib, düşünürəm ki, İsveçrə Olimpiya Komitəsi bu şansdan istifadə etməlidir. Çünki ölkəmizin idmançılarının bu geniş profilli mötəbər yarışlarda özlərini sınaması  faydalı təcrübə əldə etmələri və karyeralarında daha böyük  uğur qazanmaları üçün  çox mühüm pillə ola bilər.

 -İsveçrə Bakı turnirinə necə hazırlaşır?

– Ölkəmizi Bakıda rəsmi və yardımçı heyəti çıxmaq şərtilə 130 nəfərdən ibarət komanda təmsil edəcək. Onların arasında  tanınmış idmançılar da var. Atletlərimiz tezliklə Bakıya yola düşəcəklər. Onların birinci Avropa Oyunlarından böyük gözləntiləri var və mümkün yaxşı nəticələr əldə etmək üçün qüvvələrini səfərbər ediblər.

– Siz “Bakı-2015”-dən nə gözləyirsiniz ?

– Avropa tarixində mühüm hadisə olan bu yarışları biz də  həyəcanla gözləyir və təbii ki, bütün hazırlıq proseslərini izləyirik.  Mənim müşahidələrimə görə, Bakı bu işin öhdəsindən yüksək səviyyədə gəlməyi bacardı. Mən şəhərinizdə möhtəşəm bir idman bayramının  şahidi olacağımızı düşünürəm. Bu işdə təşkilatçılara uğurlar arzulayıram. İdmançılara isə qazanacaqları nəticələrdən  asılı olmayaraq, zəngin təcrübə əldə etməyi, həmçinin böyük yarış zövqü və idman sevinci yaşamağı arzu edirəm.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında