Qadın taekvondoçularımızın lideri

Maraqlıdır, iyunun 6-da 20 yaşı tamam olacaq Azərbaycan milli komandasının taekvondoçusu Fəridə Əzizova kimi, tarixdə ilk Avropa Oyunları da yayın birinci ayının bəxtinə düşmüşdür. Deməli, bu istedadlı idmançı iyunun 16-19-da “Kristal Hall”da keçiriləcək turnirdə medal qazanmağı bacarsa, həmişə iyun ayında ikiqat sevinc hissi keçirəcək.

Qadın taekvondo usatalarımızın liderinin incə məxluq nümayəndələri arasında Olimpiya oyunlarında Azərbaycanın ilk və hələlik yeganə təmsilçisi olduğunu da unutmayaq. Düzdür, o üç il əvvəl London Olimpiadasında fəxri kürsüdən kənarda qalmışdı. Ancaq kim bilmir ki, olimpiadalara lisenziya qazanmağın özü də hər idmançının işi deyil.

Taekvondoçumuz İngiltərə paytaxtına səfərə çıxmaq arzusuna 2011-ci ilin altıncı ayında (diqqət yetirin, yenə iyun) çatmışdı. Onda Fəridə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən lisenziya xarakterli turnirdə Sloveniya, ABŞ, Kanada və İsveç idmançıları üzərində qələbələr qazandıqdan sonra yalnız finalda koreyalı rəqibinə kiçik fərqlə (5:6) uduzaraq ikinci yeri tutmuşdu. Lakin gümüş medal da Olimpiya oyunlarına lisenziya demək idi.

Əgər bu əzmkar və möhkəm iradəli döyüşçünün istər yeniyetmə və gənclər, istərsə də böyüklər arasında beynəlxalq meydanda mötəbər yarışlarda qazandığı uğurları sadalamaq istəsək, kifayət qədər uzun bir siyahı alınar. Amma bunu etməyək, bir qədər səbrli olub iyunun ortalarını gözləyək. Bu ay Fəridə Əzizovanın sevinci sevincə qarışa bilər. Gərgin məşqlər, çəkilən böyük zəhmət, ilk Avropa Oyunları tarixinə təkcə iştirakçı kimi yox, həm də medalçı kimi düşmək istəyi nəticəsiz qalmamalıdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında