Olimpiya mükafatçıları başda olmaqla:

Xorvatiya Milli Olimpiya Komitəsi birinci Avropa Oyunlarında ölkənin şərəfini qoruyacaq 113 idmançının siyahısını açıqlayıb. Siyahıya London Olimpiadası-2012-nin bürünc mükafatçıları güllə atıcısı Sneyana Peyçiç və taekvondoçu Lusia Zaninoviç başçılıq edirlər. “Bakı-2015”-də komandanın bayraqdarı Peyçiç olacaq.

Xorvatiya təmsilçiləri Avropa Oyunlarında oxatma, avarçəkmə, dağ velosipedi, şosedə velosipedsürmə, suyatullanma, qılıncoynatma, idman gimnastikası, cüdo, karate, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, voleybol, su polosu və güləş yarışlarında medallar uğrunda mübarizə aparacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında