Jak ROQQ: Azərbaycanda böyük idman bayramının şahidi olacağıq

Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe I Avropa Oyunlarının dünya gənclərini ruhlandıracağına əminliyini ifadə edib. O, bu möhtəşəm tədbirin əsl bayram əhval-ruhiyyəsində keçəcəyini vurğulayıb: “Azərbaycanın ev sahibliyi edəcəyi bu mötəbər tədbir çox qısa vaxtdan sonra, iyun ayında başlayacaq və biz böyük idman bayramının şahidi olacağıq”.

J.Roqq “Bakı-2015” birinci Avropa Oyunlarının uzun müddət yaddaşlarda qalacağını bildirib. Onun fikrincə, bu yarışlar ilk dəfə keçirildiyindən böyük maraq yaradıb. Hər bir idmançı ilk Avropa Oyunlarının mükafatçısı olmaq əzmindədir. Dünyanın tanınmış idmançılarının yarışlarda iştirak edəcəyi də mübarizənin gərgin olacağından xəbər verir.

Sabiq prezident bu önəmli idman tədbirinin ölkələr arasında əlaqələrin genişlənməsi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.

Hazırladı: Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında