Plovdiv Azərbaycan klubunu gözləyir

Rusiyanın Xantı-Mansiysk şəhərində 39-cu Ümumdünya Şahmat Olimpiadası yenicə başa çatmışdır. İndi isə qədim oyun həvəskarlarının diqqəti başqa bir mötəbər yarışa yönələcək. Oktyabrın 16-da Bolqarıstanın Plovdiv şəhərində klublararası 26-cı Avropa çempionatının açılış mərasimi olacaq. Çempionatın saytında göstərildiyi kimi, qitənin ən yaxşı klubu adı uğrunda Azərbaycan, Bolqarıstan, Fransa, Rusiya, Almaniya, İsrail, Norveç və bir sıra başqa ölkələrin 49 komandası mübarizə aparacaq.
Əgər buna qədər ən yaxşı qrossmeysterlərimiz klublararası Avropa çempionatında başqa ölkələrin komandaları heyətində çıxış edirdilərsə, indi onlar öz klubumuzun - SOCAR Azerbaijan komandasının şərəfini qoruyacaqlar. Üstəlik də Azərbaycan klubu reytinqə görə turnir iştirakçılarının siyahısına başçılıq edir.
Plovdivdə komandamız Şəhriyar Məmmədyarov (2756), Teymur Rəcəbov (2748), Rauf Məmmədov (2660), Eltac Səfərli (2607), habelə kluba başqa ölkələrdən cəlb edilmiş Aleksandr Qrişuk (Rusiya, 2760), Aleksey Şirov (İspaniya, 2749), Rüstəm Qasımcanov (Özbəkistan, 2685) və Maksim Vaşye-Laqravdan (Fransa, 2685) ibarət heyətlə yarışacaqdır. Komandanın kapitanı rolunda ukraynalı Vladimir Tukmakov çıxış edəcəkdir. Xatırladaq ki, o, Xantı-Mansiyskdə Ümumdünya Olimpiadasının çempionu olmuş Ukrayna komandasının da kapitanı idi.
Klublararası Avropa çempionatı yeddi turdan ibarət olacaq. Birinci turun görüşləri oktyabrın 17-də keçiriləcək. Turnirin qalib və mükafatçıları oktyabrın 23-nə təyin edilmiş yeddinci turdan sonra məlum olacaq.{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında