Emin ƏHMƏDOV: I Avropa Oyunları təkcə ilk olması ilə deyil, həm də yüksək səviyyədə təşkili ilə tarixdə qalacaq

“İlk Avropa Oyunlarını keçirmək yalnız XXI əsrdə qismət oldu. Bu mötəbər tədbirin təşkili isə Avropanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan ”Odlar Yurdu" Azərbaycana etibar edildi. Belə bir şansın doğma paytaxtımıza verilməsi biz idmançılara gözəl hisslər bəxş etdi”.

Bu sözləri London Olimpiadasının bürünc medalçısı Emin Əhmədov dedi. Yunan-Roma güləşçimiz uğurlu dövlət siyasəti ilə dünyanın diqqət mərkəzində olan qüdrətli Azərbaycanın digər böyük tədbirlər kimi möhtəşəm Avropa Oyunlarını da yüksək səviyyədə təşkil edəcəyinə xalqımızın əmin olduğunu bildirdi: “Belə böyük tədbirlərin təşkilində zəngin təcrübəmiz var. Heç kim şübhə etmir ki, I Avropa Oyunları təkcə ilk olması ilə deyil, həm də yüksək səviyyədə təşkili ilə tarixdə qalacaq.  Bir neçə gündür ki, Oyunların məşəli regionlarımızı gəzir, insanlar onu böyük coşqu ilə qarşılayırlar. Olimpiya Oyunlarının gücünü, qüdrətini təcəssüm etdirən alov, həm də ölkəmizin milli rəmzidir. Avropa Oyunlarının ilk məşəlinin, məhz qədim od məbədi olan Atəşgahda alovlandırılması ilə qürur duyduq”.

Olimpiya mükafatçısı, dünya kubokunun qalibi Emin Əhmədov I Avropa Oyunlarında pəhləvanlarımızın Avropanın idman tarixinə yeni səhifələr yazacaqlarına inandığını da əlavə etdi: “Müstəqillik dövründə pəhləvanlarımız dünyanın ən güclülərindən olduqlarını nümayiş etdiriblər. Avropa Oyunları daha ciddi bir sınaqdır. Yeni qələbələrin qazanılması üçün möhkəm zəmin var və inanırıq ki, idmançılarımız öz imkanlarından maksimum istifadə edəcəklər”.

Söhbəti yazdı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında