Səma ÇALIŞKAN: Bakıdan ölkəmə medallar gətirmək istəyirəm

Türkiyədə qadınlar arasında boks çempionatının 75 kiloqram çəki dərəcəsində qalibi Səma Çalışkan Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak etmək hüququ qazananlardan biridir. Xanım boksçu “Bakı-2015"-də ölkəsini layiqincə təmsil edəcəyinə əmindir.  

Qeyd edək ki, Səma Çalışkan əvvəllər 4 dəfə Türkiyə çempionu, bir dəfə Avropa və bir dəfə dünya üçüncüsü olub. O, “Bakı-2015" Oyunlarından gözləntiləri ilə bağlı demişdir: 

– 2015-ci il mənim üçün çox uğurlu gəlib. İnşallah, bundan sonra da yarışlardan ölkəmə çempion kimi qayıtmaq niyyətindəyəm. Qarşıdakı yarışlardan, xüsusən qardaş Azərbaycan Respublikasının paytaxtı Bakıda keçiriləcək birinci Avropa Oyunlarından da Türkiyəyə yeni medallar gətirmək istəyirəm. Bakıda keçiriləcək Oyunlara ümidim böyükdür. Bakını doğma evim hesab edirəm və öz evimdə qələbə qazanacağıma inanıram".

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında