Lani BELÇER: “Bakı-2015”-in idman karyeramın ən uğurlu səhifələrindən biri olacağına inanıram

Böyük britaniyalı Lani Belçer 5 min metr məsafəyə birnəfərlik qayıqlar üzrə yarışlarda Avropa çempionudur. 2014-cü ildə Çexiyada keçirilən dünya çempionatında da yüksək nəticələr əldə edib.

“Bakı-2015" birinci Avropa Oyunlarında Lani Belçer həm 5 min metr məsafəyə birnəfərlik qayıqlar üzrə,  həm də ikinəfərlik qayıqlar üzrə 200 metrlik yarışlarda iştirak edərək qələbə çalmaq əzmindədir. O, Bakı səfəri ərəfəsində britaniyalı həmkarlarımıza deyib ki, ”Bakı-2015"-in idman karyeramın ən uğurlu səhifələrindən biri olacağına inanır və Azərbaycan paytaxtına böyük ümidlərlə gəlirəm".

Qeyd edək ki, 24 yaşlı Lani Belçer Böyük Britaniyada ən əzmkar və iradəli idmançılardan biri hesab olunur. Belə ki, o, nüfuzlu beynəlxalq yarışların birində qabırğasının qəflətən sınmasına baxmayaraq, yarışı axıra qədər davam etdirməyi və hətta medalçıların cərgəsinə qoşulmağı bacarıb.

Xatırladaq ki, Avstraliyada doğulan Lani 2008-ci ildə Londona köçmüş, burada idman karyerasını uğurla davam etdirmişdir.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında