Yuliya ABALAKİNA: Avropa Oyunları mənim həyatımda qlobal idman hadisəsidir

Rusiya Olimpiya Komitəsinin mətbuat xidmətinin əməkdaşları bu ölkənin Avropa Oyunlarına hazırlaşan kişi və qadınlardan ibarət çimərlik voleybolu komandalarının üzvlərindən müsahibələr almışlar. Həmin müsahibələrin ikisindən bəzi məqamlara diqqət yetirək.

Sergey Prokopyev: – Bakıda keçiriləcək Oyunlar bizim üçün müxtəlif səbəblər üzündən çox əlamətdar hadisədir. Əvvəla, bu yarışlar ilk dəfə təşkil olunur və bir növ Olimpiya oyunlarının analoqudur. İkincisi isə, mən iki Universiadada və Londonda Olimpiya Oyunlarında çıxış etmişəm. Ona görə də qarşıdakı startların necə yarış olduğunu bilirəm. Bakıda Avropa Oyunları bizim cütlük üçün cari mövsümün prioritet turniridir.

Yuliya Abalakina: —Açıq deyim, mən hələ tam başa düşə bilməmişəm ki, hara gedirəm. Ona görə ki, Avropa Oyunları mənim həyatımda qlobal idman hadisəsidir. Mühüm start ərəfəsində müəyyən dərəcədə həyəcan keçirirəm. Amma əminəm ki, biz həyəcanı aradan qaldıracaq və layiqli nəticə göstərəcəyik. Medal uğrunda mübarizə aparmağa ümid edirik...

Qeyd edək ki, Azərbaycan paytaxtında çimərlik voleybolu yarışları iyunun 16-21-də keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında