Konstantin MARKELOV: I Avropa Oyunları tarixə düşəcək

İlk Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycanın seçilməsi ölkədə iqtisadi inkişafın olduğunu sübut edir. Bunu Trend-ə Bakıda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernator Konstantin Markelov deyib.

Markelov qeyd edib ki, Azərbaycan I Avropa Oyunlarının təşkili üzrə böyük iş görüb: “Avropada heç də hər bir ölkə belə layihəni hazırda reallaşdıra bilməz. Bu Oyunlar tarixə düşəcək”.

K.Markelovun sözlərinə görə, Rusiya qarşıdakı I Avropa Oyunlarına hazırlıq işlərini izləyir: “Ümid edirəm ki, Rusiya nümayəndə heyəti Oyunlarda ən geniş tərkibli olacaq. Oyunların açılışında Rusiya Prezidenti Vladimir Putin və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin də iştirak edəcəklər”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında