Maksim ŞİNQARKİN: Azərbaycan Avropa dövlətlərinin çoxuna nümunə göstərə bilər

Biz bu gün Azərbaycanın Avropanın bir hissəsi olması reallığı ilə üzləşmişik. Avropalıların bu yaxınlara qədər Avropanın xəritəsində qəbul etmək istəmədiyi respublika siyasi cəhətdən o dərəcədə inkişaf edib ki, qitəmiqyaslı iri tədbirlər Bakıda, Xəzər dənizinin sahillərində keçirilir.

Bu sözləri RF Dövlət Dumasının deputatı, Dumanın təbii ehtiyatlar, təbiətdən istifadə və ekologiya  komitəsi sədrinin müavini Maksim Şinqarkin AZƏRTAC-ın müxbiri ilə söhbətində söyləyib.

M.Şinqarkinin fikrincə, bu, Avropa mədəniyyətinin Avropa üzərində “qəhvəyi taunun” dolaşdığı 70 il əvvəl təsəvvür edildiyindən xeyli geniş olmasının göstəricisidir. Deputat deyib: “Avropa Oyunları üçün Azərbaycana gələnlər əmin olacaqlar ki, bu Şərq mədəniyyəti həm Avropa mədəniyyətinin, həm də dünya sivilizasiyasının ayrılmaz tərkib hissəsidir. Yüksək inkişaf sürəti nümayiş etdirən, hər bir vətəndaşının qayğısına qalan Azərbaycan Avropa ölkələrinin çoxuna nümunə göstərə bilər”.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında