Kiriakos MİTSOTAKİS: İlk Avropa Oyunlarının uğurla baş tutacağına əminəm

Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları dünyanın diqqət mərkəzindədir. Birinci dəfə keçiriləcək bu möhtəşəm yarışmaya yüksək səviyyəli hazırlıq işlərinin aparılması, qısa vaxt ərzində dünya standartlarına cavab verən idman meydançalarının tikilməsi və digər işlər Bakıda keçiriləcək Oyunların uğurla baş tutacağına yarış iştirakçılarında əminlik yaradıb.

Yunanıstanın inzibati islahatlar naziri birinci Avropa Oyunlarının uğurla sona çatacağını bildirib. O, bunu Azərbaycanda idmana göstərilən qayğı ilə yanaşı, qısa vaxt ərzində dünya standartlarına cavab verən müxtəlif stadionların, idman qurğularının tikintisi və hazırlıq işlərinin yüksək səviyyədə aparılması ilə əlaqələndirib.

Nazir deyib ki, o, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın beynəlxalq miqyaslı iri layihələrin müvəffəqiyyətlə həyata keçirməsi ilə yaxından tanışdır. Bu baxımdan I Avropa Oyunlarının da təşkilati işlərinin yüksək səviyyədə qurulması möhtəşəm idman tədbirinin uğurla başa çatacağına tam əminlik yaradıb. Yunanıstan da bu sahədə öz dəstəyini əsirgəməyəcək. Yunanıstan və Azərbaycan arasındakı əlaqələrdən danışan nazir deyib ki, bu münasibətlər qarşılıqlı hörmət və dostluğa əsaslanan strateji tərəfdaşlıq istiqamətində yüksələn xətt üzrə inkişaf edir. Onun sözlərinə görə, ölkələrimizi ümumi sərhədlər ayırmasa da, iki xalq arasında həmişə səmimi münasibətlər olub. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın davam etdiyini bildirən nazir ilk dəfə keçiriləcək Avropa Oyunlarının bu əlaqələri daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında