Şose velosipedi üzrə mübarizə aparacaq qadın idmançılarımız yarışa hazırdırlar

“Bakı–2015” birinci Avropa Oyunlarının şose velosipedi yarışlarında kişilərlə yanaşı, iki qadın idmançımız da iştirak edəcək. Bunlar Ülfət Nəzərli və Yelena Pavluxinadır.

“Atasport” klubunun təmsilçisi Ülfət Nəzərli Azərbaycan çempionatının mükafatçısıdır. İyirmi altı yaşlı idmançı birinci Avropa Oyunlarının karyerasının ən önəmli yarışı olduğunu vurğulayaraq deyib: “Bakı–2015” ilk Avropa Oyunlarında iştirak mənim üçün qürurvericidir. Məsuliyyətimi dərk edir və bu yarışa səylə hazırlaşıram. Oyunlarda uğurlu nəticə qazanmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm”.

Cari ilin fevralından Sloveniyanın şose velosipedi üzrə “Lyublyana” qadın komandasının heyətində çıxış etməyə başlayan 26 yaşlı Yelena Pavluxina bir neçə gün öncə Xızıda təşkil olunan Azərbaycan çempionatında qalib gəlib. Apreldə Sloveniyada təşkil olunan beynəlxalq kriterium yarışında da birincilik qazanan velosipedçimiz Bakıya kifayət qədər güclü velosipedçilərin gələcəklərini deyib. Bildirib ki, rəqiblərimizin arasında Olimpiya və dünya çempionları da olacaq. Amma bu, bizi qorxutmur. Hər gün Oyunların velosiped yarışlarının keçiriləcəyi marşrut boyunca məşq edirik. Düşünürəm ki, bu, bizim üstünlüyümüzdür.

Birinci Avropa Oyunlarının velosiped yarışları iyunun 18–21–də keçiriləcək. Yelena Pavluxina fərdi və qrup, Ülfət Nəzərli isə qrup ötüşməsində mübarizə aparacaq.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında