Jan ZAHRADİL: I Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycana böyük faydalar gətirəcək

“Bakı–2015”-in Avropanın ən böyük paytaxt şəhərlərində təqdimat mərasimlərinin keçirilməsi  ölkəmizin bu möhtəşəm yarışa yüksək səviyyədə hazırlaşması barədə yerli əhalidə böyük təəssürat yaradıb. Təşkilat Komitəsi tərəfindən təşkil edilmiş fotosərgilər və digər tədbirlər Azərbaycanın zəngin mədəni irsi, milli–mənəvi sərvətləri və mətbəxi haqqında geniş məlumat verib. Bütün bunlar ilk Avropa Oyunlarına olan marağı daha da artırır.

Avropa Parlamentinin və Avropa Birliyi–Azərbaycan dostluq qrupunun üzvü Jan Zahradil Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına münasibət bildirərkən deyib ki,  Brüsseldə, Avropa Parlamentində təşkil olunmuş   “Azərbaycan fotoobyektivdə” sərgilərində bu ölkənin həyatını əks etdirən faktlarla yaxından tanış oldum və çox məmnun qaldım: “Bu sərgi Avropanın bir çox şəhərində nümayiş etdirilmişdi. Sərgi keçən il bu vaxtlar Slovakiyanın paytaxtı Bratislavada təqdim edilmişdi. Bundan sonra onun Praqaya da gətirilməsi daha vacib məsələyə çevrildi. Avropa Azərbaycanın I Avropa Oyunları kimi möhtəşəm idman yarışmasına yüksək səviyyədə hazırlaşdığının şahidi oldu. Bundan başqa, avropalılar Azərbaycanın mədəniyyəti, incəsənəti, qədim tarixi ilə yaxından tanış oldular”.

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini mühüm hadisə hesab edən  J. Zahradil Avropa Olimpiya Komitəsinin belə bir qərar qəbul etməsini yüksək qiymətləndirib. Onun fikrincə, ilk Avropa Oyunlarına həm tamaşaçı, həm də yarışların iştirakçısı kimi birinci dəfə Azərbaycana gələnlər bu ölkə ilə yaxından tanış olacaqlar. Onlar bir daha şahid olacaqlar ki, Azərbaycan əsl idman ölkəsidir və qədim mədəni irsə malikdir. Bu Oyunlar Azərbaycan haqqında dünyada daha geniş məlumat yayacaq. Ümumiyyətlə, Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycana  böyük faydalar gətirəcək.

Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında