“Bakı–2015” İspaniya Milli Olimpiya Komitəsində

İspaniya Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının İspaniya və Andorradakı səfirliyi cümə günü, mayın 29–da saat 12–də Olimpiya təşkilatının zalında birinci Avropa Oyunlarının təqdimatını keçirəcəklər.

Bu barədə məlumatı diqqətə çatdıran İspaniya MOK–un saytı həmçinin bildirir ki, təqdimat mərasimində Azərbaycan səfirliyinin rəhbərliyi, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, İspaniya Milli Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko və başqaları iştirak edəcəklər.

Elə həmin saytın bundan bir qədər əvvəl yaydığı xəbərdə isə bildirilmişdi ki, Azərbaycan paytaxtında birinci Avropa Oyunlarında İspaniya geniş heyətlə—217 idmançı, 117 kişi və 100 qadın atletlə təmsil olunacaq. Onlar “Bakı–2015”–in proqramına daxil olan 20 növdən 19–da çıxış edəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında