Milika MANDİÇ: Bakıda Avropa Oyunları Olimpiya oyunları səviyyəsində yarış olacaq

Avropa Oyunlarında Serbiya nümayəndə heyətinin bayraqdarı taekvondoçu Milika Mandiç olacaq. Bu idmançı London Olimpiya Oyunları – 2012–də qadınların turnirində 67 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmış və indi Serbiya Milli Olimpiya Komitəsi tərəfindən yığma komandanın bayraqdarı olmaq şərəfinə layiq görülmüşdür.

M.Mandiç “Bakı–2015”–in saytına bunları bildirmişdir: – Bakıda Avropa Oyunları Olimpiya oyunları səviyyəsində yarış olacaq. Olimpiadada iştirak edə bilməyən idmançılar burada Olimpiya ruhunu hiss edəcəklər. Bizi on yeddi gün davam edəcək gözəl bir yarış gözləyir. Azərbaycanda Serbiyanı ölkənin ən yaxşı və tam hazırlıqlı idmançıları təmsil edəcəklər. Bu, birinci Avropa Oyunlarıdır və mən inanıram ki, Serbiyanın şərəfini layiqincə qoruyacağıq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında