Vitali RƏHİMOV: Avropa ilk oyunlarının təşkilini yalnız güclü, hərtərəfli inkişaf etmiş ölkəyə etibar edə bilərdi

“Qədim Avropanın tarixinə qızıl hərflərlə yazılacaq ilk Avropa Oyunlarına sayılı günlər qaldı.  Bu gözəl idman bayramı ərəfəsində qayğılarımız daha da artıb. Son illər Azərbaycanda bütün sahələrdə qurulan infrastruktur tədbir iştirakçıları və qonaqları yüksək səviyyədə qarşılamaq üçün geniş imkanlar açır. Oyunların yüksək səviyyədə təşkili üçün nəzərdə tutulan müasir standartlı idman qurğuları dünya mətbuatının gündəmini zəbt edib. Azərbaycan İlk Avropa Oyunlarını keçirən ölkə kimi diqqət  mərkəzindədir”.

 Bu sözləri Pekin Yay Olimpiya Oyunlarında yığmamızın aktivinə gümüş medal yazdıran yunan-Roma güləşçisi Vitali Rəhimov dedi.

Avropa çempionu, dünya çempionatlarının mükafatçısı V. Rəhimov bildirdi ki,belə bir mötəbər tədbirin təşkili Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir:

“Bakının ilk Avropa Oyunlarına ev sahibliyindən necə qürurlanmamaq olar. Avropa ilk oyunlarının təşkilini yalnız güclü, hərtərəfli inkişaf etmiş, beynəlxalq aləmdə böyük nüfuzu olan olkəyə etibar edə bilərdi. Dünyada həm də idman ölkəsi kimi tanınmış Azərbaycan sürətli inkişafı, bütün sahələrdə qazanılan yüksək nailiyyətləri ilə dünyaya bir nümunədir. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə avropalılar böyük maraq nümayiş etdirirlər. Dünya mediasında Avropa qurumlarının rəsmiləri ilk oyunların yüksək səviyyədə keçiriləcəyinə əmin olduqlarını bildirirlər”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında