Nikita Qlasnoviçin növbəti hədəfi “Bakı–2015”-in qızıl medalıdır

2008-ci ildən bəri taekvondo sahəsində Avropa şempionu adını əldən verməyən İsveç idmançısı Nikita Qlasnoviçin növbəti hədəfi “Bakı-2015”-in qızıl medalıdır. Avropa yarışlarında qadınlar arasında Olimpiya kateqoriyası üzrə 57 kiloqram çəki dərəcəsində qızıl medal qazanan  idmançı

 I Avropa Oyunlarının da  qalibi omaq arzusundadır.

Yerli kütləvi informasiya vasitələrinə müsahibəsində N. Qlasnoviç deyib ki, o, özünəinam prinsipi və ciddi  rejim üzrə çalışır. Bu yarışlar Avropada ilk dəfə keçirildiyindən burada tamamilə yeni rəqiblərlə qarşılaşa bilər. Bu baxımdan mübarizənin gərgin olacağı gözlənilir. Ona görə də səylə məşq edib rəqiblərə qalib gəlmək arzusundadır.

Əslən, Malmodan olan idmançı ötən illərdə qazandığı uğurları xatırlayaraq deyib ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının qalibi olmaq çox şərəflidir: “ABŞ açıq çempionatında, Dubayda, Misirin İsgəndəriyyə və Luksor şəhərlərində, Türkiyədə, Yunanıstanda, İsveçrədə, Bosniya və Herseqovinada, Hollandiyada keçirilən silsilə yarışlardan sonra  nəticələrimi yaxşılaşdırmaq baxımından birinci Avropa Oyunları çox yaxşı fürsətdir. Bu yarışmada qızıl medal qazanmaq növbəti turnirlərə məsuliyyətimi artıracaq və  məndə özünəinam hissi yaradacaq. Mən çempion olmaq əzmilə  mübarizə aparacağam”.

İsveç idmançısı  I Avropa Oyunlarının “Rio-2016” üçün xallar toplamaqda yaxşı fürsət olduğunu bildirib.

Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında