Oleq ZAYTSEV: “Bakı-2015”-də məqsəd beş medal qazanmaqdır

Hər şeydən göründüyü kimi, Rusiyanın suyatullanma üzrə yığma komandası Bakıya yüksək iddialarla gələcək. Komandanın baş məşqçisi Oleq Zaytsev bildirib ki, onun yetirmələrinin qarşısına Avropa Oyunlarında beş medal qazanmaq vəzifəsi qoyulub.

Bu barədə Rusiya Olimpiya Komitəsinin saytında yerləşdirilmiş xəbərdə həmçinin qeyd olunur ki, bu ölkənin suyatullanma ustaları Azərbyacan paytaxtından 2 qızıl, 1 gümüş və 2 bürünc mükafatla qayıtmağı planlaşdırırlar. Komanda Bakıya iyunun 13-də yola düşəcək.

Əlavə edək ki, paytaxtımızda birinci Avropa Oyunlarının suyatullanma yarışlarına iyunun 18-də start veriləcək, finiş isə iyunun 21-nə təyin edilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında