Lourdes MOHEDANO: “Bakı-2015” yarışları mənim üçün çox cəlbedicidir

 Bədii gimnastika üzrə komanda yarışlarında dünya çempionu olmuş ispaniylı gimnast Lourdes Mohedano bu günlərdə bu ölkənin Korbeil şəhərində bədii gimnastika üzrə keşirilən nümunəvi yarışlarda yenidən əla idman formasında olduğunu nümayiş etdirib. Məhz bu uğur onun “Bakı-2015" yarışlarına qatılması üçün şans verib.

Bu barədə söz düşəndə Lourdes ispaniyalı həmkarlarına bildirib: “Bakı-2015" layihəsi mənim üçün çox cəlbedicidir. Bu məsul yarışlarda iştirak edərək qələbə qazanmaq əzmindəyəm.

Qeyd edək ki, cəmi iki gün əvvəl Lourdes Özbəkistan paytaxtı Daşkənddə təşkil olunan dünya kuboku yarışlarındada qaliblər arasında olmuşdur. O, bu il yanvar ayının 16-da dizindən əməliyyat  olunmuşdu. Lakin həkimlərin və məşqçilərin köməyi ilə böyük səylə sağlamlığını bərpa edərək yenidən gərgin idman mübarizəsinə qoşulub. Lourdes Mohedano yenidən meydançaya qayıtmağına çox sevinir. Deyib ki, “həyatımı bir an belə idmansız təsəvvür edə bilmirəm”. 

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında