Avropa Oyunlarına töhfələrimiz

Bu günlər beynəlxalq meydanda çıxış edən ayrı-ayrı idmançı və komandalarımızın hər hansı uğurunu “Bakı-2015” birinci Avropa Oyunlarına töhfə hesab etmək olar.

Rio-de-Janeyro Olimpiadası-2016-ya ikinci lisenziya Onu Azərbaycanın atletika üzrə yığma komandasının üzvü Dmitri Marşin qazanmışdır. Təmsilçimiz çəkic tullamaqda 78,52 metr nəticə göstərmiş və gələn il Braziliyada XXXI Yay Olimpiya Oyunlarında çıxış etmək hüququnu özünə təmin etmişdir. Maraqlıdır ki, Marşin dörd il əvvəl də London Olimpiadasına Azərbaycan idmançıları arasında birincilər sırasında “bilet” əldə etmişdi.

Rioya ilk lisensiyamızın sahibi isə boksçu Albert Səlimovdur.

Voleybol Avropa çempionatının final mərhələsinə doğru daha bir addım. Qadınlardan ibarət milli komandamız bu addımı qitə birinciliyinin pley-off mərhələsi çərçivəsində Slovakiya yığması ilə ilk görüşdə atmışdır. Aleksandr Çervyakovun yetirmələri Bakıda oyunun taleyini üç hissədə öz xeyirlərinə həll etmişlər-3:0. İndi qalır mayın 30-da rəqib meydanında da uğurlu nəticəyə nail olub Avropa çempionatının final mərhələsinə vəsiqəyə sevinmək.

Slovakiya matçından sonra isə Azərbaycan voleybolçuları bütün diqqətlərini iyunun 13-dən 28-dək “Kristal Hall”da keçiriləcək Avropa Oyunlarının medalları uğrunda mübarizəyə yönəldəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında