“Bakı-2015” birinci Avropa Oyunları İranda da yayımlanacaq

“General Entertainment and Media” (GEM TV Qrup) İran üçün eksklüziv yayım hüququ əldə edib və Oyunları YAHSAT, NILESAT və HOTBIRD kanalları vasitəsilə ödənişsiz yayımlayacaq.

Razılaşmaya əsasən televiziya, rəqəmsal və mobil platformalar üzərindən 75 milyon əhalinin fars və kürd dillərində izləyə biləcəyi gündəlik yayımlar təşkil olunacaq. “Bakı-2015” yarışlarını yayımlayan şirkətlər İranı da Amerika, Hindistan, Çin, Honq Konq, ərəb dünyası və Avstraliya kimi ölkələr sırasına daxil edir.

“Bakı-2015” Birinci Avropa  Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq demişdir: “Avropa Oyunlarının çağırışı təqdirəlayiqdir. Bizim məqsədimiz bu 50 il ərzində hər zaman mühüm əhəmiyyət kəsb edən yeni beynəlxalq idman yarışlarının Avropa və digər ölkələrdə mümkün qədər çox insan tərəfindən izlənilməsini təmin etmək idi. Beynəlxalq şəbəkələrlə əldə edilmiş bu və digər razılaşmalar dünya üzrə bu kimi yarışlara olan marağın böyük olduğunu göstərir. İran ictimaiyyətinin ilk Avropa Oyunları həyəcanına qoşula bildiyini görmək çox gözəldir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında