Vojteç FİLİP: Azərbaycan bir incidir, bu ölkəyə səfər edin

İlk Avropa Oyunlarının əks-sədası gündən-günə  geniş vüsət  alır. Dünyanın tanınmış idmançıları bu möhtəşəm yarışmanı səbirsizliklə gözləyirlər. Onlar həm Azərbaycanla yaxından tanış olmaq, həm də yeni dostlar tapmaq, eyni zamanda, qazandıqları  mükafatlar sırasına yenisini əlavə etmək arzusundadırlar.

Respublikamıza gələn siyasi xadimlər, idmançılar, həmçinin turistlər ölkəmizin mədəni irsindən, adət-ənənələrindən razılıq hissi ilə danışırlar. Azərbaycanın idman ölkəsi olması da diqqətdən yayınmayıb. Avropa Oyunlarının  ilk dəfə məhz Azərbaycanda keçirilməsi ölkəmizin reytinqinin getdikcə artmasından irəli gəlmişdir. Çex Respublikası parlamentinin vitse-spikeri və Çexiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvü Vojteç Filip də müsahibələrinin birində bunu xüsusi vurğulamışdır: “Azərbaycan bir incidir və orada olmamış şəxslərə məsləhət görərdim ki, “Odlar Yurdu”nun zəngin mədəni irsi və Çex Respublikası da daxil olmaqla, Avropanın böyük dostu olan istiqanlı insanları ilə tanış olmaq üçün Azərbaycana səfər etsinlər”.

Vitse-spiker birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirərək bunu ölkəmizin iqtisadi qüdrətinin artması və siyasi sahədə uğurlar qazanması ilə əlaqələndirib. Deyib ki, Çexiyada ilk Avropa Oyunlarına maraq çox böyükdür.  Son bir ayda Çexiyanın aparıcı kütləvi informasiya vasitələrində Avropa Oyunları haqqında silsilə məqalələr dərc olunub. Bu  yarışlarda  ölkəsinin 130 idmançı ilə  təmsil olunduğunu bildirən Vojteç Filip, həm də Azərbaycana dəstək verdiklərini də vurğulayıb.

Vitse-spiker Azərbaycanla Çexiya arasında  ikitərəfli münasibətlərin çox yaxşı olduğunu da vurğulayıb. Qeyd edib ki, iki ölkə arasında yüksək səviyyədə qarşılıqlı siyasi-iqtisadi və mədəni əməkdaşlıq münasibətləri qurulub. V.Filip ilk Avropa Oyunlarının bu münasibətləri daha da gücləndirəcəyinə əminliyini ifadə edib

Hazırladı:
Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında