“Bakı-2015”-ə gümüş mükafatla

Bu dəfə söhbət Avropa Oyunlarının cüdo turnirində 60 kq çəki dərəcəsində baş rollardan birini oynayacağına böyük ümid bəslədiyimiz Azərbaycan milli komandasının üzvü Orxan Səfərovdan gedəcək.

Tatami ustamız ötən şənbə günü Mərakeşin paytaxtı Rabatda cüdo aləmində Olimpiya Oyunları və dünya çempionatlarından sonra üçüncü ən mötəbər yarış hesab edilən “World Masters” turnirindən vətənə gümüş medalla qayıdaraq özünün mükafatlar kolleksiyasını bir qədər də zənginləşdirmişdir. Orxan finaladək israilli Artyom Arşanski, Almaniya təmsilçisi Tobias Enqlmayer, Monqolustan idmançısı Boldbatar Qanbat üzərində qələbələr qazanmış və yalnız qızıl medalın bir addımlığında  yapon Nasoxisa Takatoya uduzmuşdur. Buna baxmayaraq, dünyanın ən güclü ustalarını öz bayrağı altına toplayan belə yarışda gümüş medal da böyük uğurdur. Bir də ona görə ki, bu müvəffəqiyyət Səfərova öz reytinq xallarına daha 420 xal əlavə etmək imkanı vermiş və onu  Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları-2016-ya lisenziya sevinci yaşamaq məqsədinə bir qədər də yaxınlaşdırmışdır.

Bu, Heydər Əliyev adına İdman Sarayında Avropa Oyunlarının cüdo turniri (25-28 iyun) ərəfəsində qazanılmış yaxşı müvəffəqiyyətdir. İndi qalır Rabatda 51 ölkənin usta cüdoçularının turnirində əldə olunmuş uğuru Bakıda təkrarlamaq, hətta bir qədər də uzağa gedib fəxri kürsünün zirvəsini fəth etmək. Axı gümüşdən də qiymətli mükafat vardır.

O. Səfərovun komanda yoldaşları, qəzetimizin ötən saylarında rubrikamızda təqdim etdiyimiz Elmar Qasımovu (100 kq) və Rüstəm Orucovu da (73 kq) təbrik etməyə tələsək. Onlar da Mərakeşdə medal qazanmağı bacarmışlar. Üstəlik də, Qasımov fəxri kürsünün zirvəsinə yüksəlmiş, Orucov isə bürünc mükafatçı olmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında