Yelena KOSTEVİÇ: Ümid edirəm ki, Bakı küləyi mənə uğur gətirəcək

Ölkəmizin paytaxtında keçiriləcək Birinci Avropa Oyunlarında öz gücünü sınayacaq olan idmançılardan biri də ukraynalı Yelena Kosteviçdir. Güllə atıcılığı ustası Yelena 2004-cü il Afina Olimpiadasının qızıl medalının, 2012-ci il London Olimpiadasının iki bürünc medalının sahibidir. Bakı-2015-ə böyük əzmlə hazırlaşan idmançı iddialı olduğunu deyir:

– Hazırda bütün qitələrin öz idman oyunları var. Avropada isə ilk dəfə belə yarış keçiriləcək. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün böyük şansdır. Eşitdiklərimə görə deyə bilərəm ki, siz bu şansı yüksək qiymətləndirmisiniz. Bakıda çox gözəl sürprizlərlə qarşılaşacağımızı düşünürəm. Çünki ölkəmizin idmana böyük önəm verdiyini bilirəm.

Əminəm ki, Bakı Oyunları Olimpiya Oyunları ilə eyni səviyyədə keçiriləcək. Siz hətta yarış iştirakçıları üçün Atletlər kəndi yaratmısınız. Bütün bunlar göstərir ki, Azərbaycan iştirakçıların və qonaqların Bakıdan ən parlaq təəssüratla dönmələri üçün hər şey edib.

“Bakı-2015” mühüm turnir olduğu üçün yarışlara ciddi hazırlaşıram. Burada göstərdiyim nəticə 2016-cı il Rio-de-Janeyro Olimpiadasına lisenziya almağım üçün çox önəmlidir. Mənim yarışacağım idman növündə Avropanın 30 ən güclü idmançısı özünü sınayacaq. Ümid edirəm ki, Bakı küləyi mənə uğur gətirəcək.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında