Mövlud MİRƏLİYEV: Əminik ki, hər bir avropalı Azərbaycandan xoş təəssüratla qayıdacaq

“Avropa ilk Oyunlarının həsrətinə Bakıda, iyunun 12-də  son qoyacaq. Həmin gün Avropanın, eləcə də dünyanın idman ictimaiyyəti, ən mötəbər idman qurumlarının rəsmiləri paytaxt Bakıda keçiriləcək möhtəşəm oyunların açılış mərasimini böyük maraq və həyəcanla izləyəcəklər. Qitənin ilk oyunlarını keçirmək missiyasını üzərinə götürmüş və qısa müddət ərzində yarışlara yüksək səviyyədə hazırlıq işlərini həyata keçirmiş “Odlar Yurdu” Azərbaycanın hər bir sakini “Bakı-2015”-in təşkilatçılıq səviyyəsi ilə qürur duyacaq”.

Bu fikirləri qəzetimizə cüdo üzrə Pekin-2008-in bürünc mükafatçısı Mövlud Mirəliyev dedi. Şəhərimizə gələcək yarış iştirakçıları, qonaqlar və turistlərin paytaxtda görülmüş nəhəng quruculuq işləri ilə yaxından tanış olmaq imkanı qazanacaqlarını bildirən cüdoçu müxtəlif millətlərin birgə yaşadığı sülhsevər, tolerant ölkə olan Azərbaycan həqiqətlərini elə burada öyrənəcəklərini vurğuladı: “Nailiyyətlərimiz dostlarımızı sevindirir, düşmənlərimizi qıcıqlandırır. 1 milyon qaçqın və köçkünü olan, torpaqlarının 20 faizinin qəsbkar Ermənistan tərəfindən işğal edilən Azərbaycanın bütün bunlara baxmayaraq yüksək sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə nüfuzunun getdikcə artması reallıqdır. İdman, eləcə də digər sahələrdə əldə edilən böyük uğurlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. İlk Avropa Oyunları Azərbaycan həqiqətlərinin öyrənilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Əminik ki, hər bir avropalı Bakıdan xoş təəssüratla qayıdacaq. Bakı isə ev sahibliyi ilə Avropa Oyunlarına parlaq töhfələrini verəcək”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında