Belaruslu Viktoriyalar Bakıda qələbəyə can atacaqlar

Belarus Respublikası Milli Olimpiya Komitəsinin saytı bu ölkənin qadınlardan ibarət çimərlik voleybolu komandalarının Avropa Oyunlarına hazırlığı barədə xəbər yaymışdır. Bildirilir ki, hər iki cütlük qarşıdakı yarışlarda maksimum nəticə göstərməyə çalışacaq.

Cütlüklərdən birini Viktoriya Şalayevskaya və Viktoriya Sekretova, digərini isə Valeriya Babenko və Yana Milevskaya təşkil edəcəklər.

Onların məşqçisi Sergey Danilov saytın əməkdaşlarına deyib: —Komandalarımız gənc və perspektivlidirlər. Bu il qızlar yenicə 11-ci sinfi bitirirlər. Hamı buraxılış imtahanları verəndə onlar Avropa Oyunlarında yüksək nəticə uğrunda mübarizə aparacaqlar. Bakıda turnir asan olmayacaq. Azərbaycan idmançıları da səylə hazırlaşırlar. Bu yaxınlarda biz onlarla görüşmüş və cütlüklərdən birinə qalib gəlmişik. Qarşımıza maksimum vəzifələr qoymuşuq.

Cütlüklərdən birinin üzvü Viktoriya Şalayevskaya isə öz fikrini belə ifadə edib: -Biz mübarizə aparacaq və layiqincə çıxış etməyə çalışacağıq. Bilirik ki, bütün ölkə bizə azarkeşlik edəcək, yaxınlarımız həyəcan keçirəcək və yalnız uğur arzulayacaqlar...

Rio-de-Janeyro Olimpiadası-2016-ya reytinq xalları verəcək Avropa Oyunlarının çimərlik voleybolu turniri iyunun 16-21-də keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında