Eyüp GÖZGEÇ: İlk Avropa Oyunlarının Bakıda keçirilməsindən qürur duyuruq

12-28 iyun tarixlərində paytaxt Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarında Türkiyəni 9 kişi və 4 qadın boksçu təmsil edəcək. Bu barədə “SonDakika.com.tr” internet saytı məlumat yayıb.

Bildirilir ki, ilk Avropa Oyunlarından yüksək nəticələrlə Vətənə dönmək istəyən  Türkiyə idmançıları yarışlara ciddi şəkildə hazırlaşırlar. Və boksçuların məqsədləri Bakıdan çoxlu sayda medallarla geri dönməkdir. Bunu qardaş ölkənin Boks Federasiyasının rəhbəri Eyüp Gözgeçin kütləvi informasiya vasitələrinə verdiyi açıqlama da təsdiq edir.

Eyüp Gözgeç jurnalistlərə müsahibəsində deyib: “ Bu il Azərbaycanda ilk dəfə  birinci Avropa Oyunlarının təşkil olunmasından qürur duyur və məmnunluq hissi keçiririk. Qardaş ölkədə təşkil olunacaq yarışlarda ölkəmizi layiqincə təmsil etmək və çoxlu sayda medallarla geri dönmək istəyirik”.

Qeyd edək ki, o, Türkiyə idmançılarının yüksək nəticələr əldə edəcəyinə güvəndiyini bildirib. Eyüp Gözgeç azərbaycanlı idmansevərlərin Türkiyə boksçularını dəstəkləyəcəyini deyib.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında