Stefka KOSTADİNOVA: “Bakı-2015” Olimpiya dəyərlərinə yeni çalarlar qatacaq

Yaxın günlərdə Bakıda keçiriləcək birinci Avropa Oyunlarıyla bağlı Bolqarıstanın Milli Olimpiya Komitəsinin prezidenti, yüngül atletika və hündürlüyə tullanma növü üzrə 1996-cı il Olimpiya, eləcə də ikiqat dünya çempionu və hazırkı dünya rekordçusu Stefka Kostadinova ilə internet vasitəsilə əlaqə yaradaraq qarşıdakı yarışlarla bağlı fikirlərini öyrəndik. Həmin müsahibəni təqdim edirik.

– İdman dünyasının yeni cazibə nöqtəsi olan Avropa Oyunlarının idman aləmində yerini necə qiymətləndirərdiniz?

 – İyun ayının 12-də  Bakıda idman tarixində yeni  bir səhifə açaraq  Olimpiya dəyərlərinə yeni çalarlar qatacaq möhtəşəm hadisənin şahidi olacağıq. Biz bu hadisəni – birinci Avropa Oyunlarının açılış mərasimini böyük sevinc və səbirsizliklə  gözləyirik. Tamamilə yeni formatda təqdim ediləcəyi gözlənilən  bu tədbir Avropa Olimpiya Komitəsi və onun prezidenti Patrik Hikkinin Olimpiya hərəkatında yeni müsbət dəyişikliklər yaratmaq məqsədilə həyata keçirdiyi layihələrdən biridir. Bəşəriyyət üçün olduqca dəyərli ola biləcək çox sayda müxtəlif  tədbiri özündə birləşdirən bu yeni strategiya  Bolqarıstanın Olimpiya Komitəsi üçün də prioritetdir.

–Bolqarıstan komandası Bakı səfərinə necə hazırlaşır?

–Bolqarıstan Azərbaycan paytaxtına 127 atletdən ibarət böyük bir nümayəndə heyəti göndərir. Biz uzun müddətdir ki, elit forumda belə böyük komanda ilə iştirak etmirik. İştirakçılar arasında Bolqarıstanın müxtəlif beynəlxalq yarışlarda yüksək titullara layiq görülmüş məşhur idmançıları, Olimpiya çempionları  ilə yanaşı, ilk dəfə belə mötəbər turnirdə iştirak edəcək gənc istedadlar da var. Mən əminəm ki, hansı iddialarından  və qazanacaqları qələbələrdən asılı olmayaraq onlar Bolqarıstanı layiqincə təmsil etmək üçün əllərindən gələni edəcəklər.

– “Bakı -2015”-ə arzularınız...

– Tarixdə ilk dəfə gerçəkləşəcək Avropa Oyunlarının məhz Bakıda keçirilməsi ölkəniz üçün böyük nailiyyətdir. Mən inanıram ki, Bakı bu məsuliyyətli, eyni zamanda, şərəfli vəzifənin öhdəsindən ən yüksək səviyyədə  gələcək. Mən Avropa Oyunlarının iştirakçılarına və təşkilatçılarına bu möhtəşəm tədbir zamanı böyük bayram sevinci yaşamağı arzulayıram. Uğurlar, “Bakı-2015”!

Aida AYSA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında