Patrik HİKKİ: Birinci Avropa Oyunları Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli hadisələrindəndir

Azərbaycan I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Avropa Olimpiya Komitəsinə (AOK) əsaslı ərizə təqdim edib. Trend-in məlumatına görə, bunu AOK-un prezidenti Patrik Hikki “Bakı - 2015” I Avropa Oyunlarına həsr edilmiş “The Business Year” jurnalının xüsusi buraxılışında dərc edilən müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanın təklif etdiyi konsepsiya innovativ idi və əminlik yaradırdı ki, bütün infrastruktur vaxtında hazır olacaq və ən yüksək beynəlxalq standartlara uyğun gələcək: “Bakı-2015”    I Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) hazırda bütün vədlərin icrası üzərində işləyir. BEGOC-un bu Oyunları hazırlamaq üçün cəmi 30 ay vaxtı olub”.

P.Hikki qeyd edib ki, miqyasına görə Qış Olimpiya Oyunlarına bənzəyən I Avropa Oyunları kimi yarışların belə qısa müddətdə təşkil edilməsi yalnız BEGOC-in əməkdaşlarının gərgin işi və peşəkarlığı sayəsində mümkün oldu.

O əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın dəstəyi Avropa Oyunları üçün həlledici əhəmiyyətə malikdir: “Oyunlar Azərbaycanın müasir tarixində ən əhəmiyyətli hadisələrdən biri olacaq. Bakı 2012-ci ildən “Formula One” Qran-pri (2016-cı il), İslam Həmrəyliyi Oyunları (2017) və Avro-2020-nin oyunları kimi vacib idman tədbirlərini keçirmək hüququnu əldə edib”.

AOK prezidentinin sözlərinə əsasən, I Avropa Oyunları Azərbaycanda idman dünyası üçün pəncərə açdı və ölkə bu imkandan istifadə etdi: “I Avropa Oyunları qitəyə birləşməyə də kömək edəcək və buna görə də Oyunlar idman təqvimində zəruri yenilkdir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında