Olqa XARLAN: Düşünürəm ki, tədbir çox yüksək səviyyədə keçəcək

İdmanın qılıncoynatma növü üzrə 2008-ci il Olimpiya, 4 qat dünya və 7 qat Avropa çempionu Olqa Xarlan  birinci Avropa Oyunlarında Ukraynanı təmsil edəcək idmançılar arasındadır. Əməkdar idman ustası  onlayn söhbət zamanı Oyunlarla bağlı gözləntilərini bizimlə paylaşdı:

-Bakı yarışlarına böyük əzmlə hazırlaşıram. Çünki tarixdə ilk dəfə gerçəkləşəcək Avropa Oyunları mənim karyeram üçün çox önəmlidir. Təşkilatçılardan gözləntilərimsə çox böyükdür. Bilirəm ki, bakılılar bu işə çox məsuliyyətlə yanaşırlar. Bir ay əvvəl Bakıda olarkən bunun şahidi oldum.  Bir-birindən möhtəşəm idman komplekslərini gördüm. Sizinkilər  Olimpiya kəndini belə yaradıblar. Mən ilk dəfə bu barədə eşidəndə hətta qulaqlarıma inanmadım, təkrar soruşdum. İki Olimpiadada olmuşam, belə bir şey görməmişəm. Siz çox yaxşı hazırlaşmısınız. Düşünürəm ki, tədbir çox yüksək səviyyədə keçəcək. Açılış da, yəqin ki, möhtəşəm olacaq.

Mənim Azərbaycandan çox dostlarım var. İlk dəfə Bakıda 2010-cu ildə olmuşdum. İnsanlar məni çox mehribanlıqla, qonaqpərvərliklə qarşılamışdılar. Şəhər o zaman da çox gözəl idi. Bakı bulvarını, qədim şəhəriniz olan İçərişəhəri gəzmişdim. Bir ay əvvəl yenidən Bakıya qayıtdıqda isə şəhəri tanımadım. Paytaxtınız artıq dünyanın ən gözəl şəhərləriylə müqayisə olunacaq dərəcədə inkişaf edib, gözəlləşib.

Mən ölkənizə ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün uğurlar, özümə isə gözəl Bakını həm də qələbə sevinciylə xatırlamağı arzulayıram.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında