V.JİRİNOVSKİ: Bakı Avropa Oyunlarının paytaxtı kimi bütün Avropada bir daha tanınacaq

Rusiya Federasiyası Dövlət Duması sədrinin  müavini, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski müsahibəsində deyib: “İlham Heydər oğlu Əliyev bütün keçmiş SSRİ məkanında ən yaxşı rəhbərlərdən biridir. Respublika dinamik inkişaf edir və əməkdaşlıq üçün yaxşı perspektivlər var”.

O  qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən, iqtisadiyyatı olan zəngin cənub regionudur. Deputat deyib: “Respublika nə istehsal edirsə, Rusiya onu satın almağa hazırdır”.

Rusiya siyasətçisinin fikrincə, Bakıda xeyli sayda rus məktəbinin olması və rus dilinin sərbəst işlədilməsi çox sevindirici haldır. O, həmçinin dost ölkəyə birinci Avropa oyunlarının müvəffəqiyyətlə keçirilməsini arzulayıb. V.Jirinovski deyib: “Respublikanıza bundan sonra da tərəqqi, birinci Avropa Oyunlarının uğurla keçirilməsini arzulayıram. Bakı 2015-ci ilin yay Avropa Oyunlarının paytaxtı kimi bütün Avropada bir daha tanınacaq”.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında