Sergey YELİSEYEV: İlk növbədə, Mehriban Əliyevaya və Aleksandr Jukova minnətdarlıq etmək istərdim

Rusiya Olimpiya Komitəsinin  saytında bildirilir ki, bu ölkənin sambo komandasının Bakıda birinci Avropa Oyunlarında iştirakına həsr olunmuş mətbuat konfransı  keçirilmişdir. Konfransda Avropa  və Ümumrusiya  Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev  bu yarışların əhəmiyyəti  və Azərbaycan paytaxtının  Oyunlara  hazırlığı  haqqında  ətraflı  söhbət açmışdır:

– İlk  növbədə, sambonun birinci Avropa Oyunlarının  proqramına  daxil edilməsinə görə  “Bakı – 2015”-in  Təşkilat Komitəsinin  sədri Mehriban  Əliyevaya  və  Rusiya Olimpiya Komitəsinin  prezidenti Aleksandr Jukova minnətdarlıq  etmək istərdim. Bizdən ötrü bu,  sambonun gözəlliyini  və maraqlı  bir idman növü olduğunu bütün  dünyaya  nümayiş  etdirmək imkanıdır. Bu da öz  növbəsində  sambonun  Olimpiya  ailəsinə  doğru irəliləməsinə kömək edəcək.

Sambonun Avropa Oyunları  proqramına  daxil edildiyi ötən ilin yayında məlum oldu. “Bakı 2015”-in Təşkilat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqqin fikrincə, samboçuların turniri Bakıda yarışların əhəmiyyətini  daha da artıracaq, belə ki,  idmanın bu növü regionda  çox geniş yayılıb.

Azərbaycanın  samboda  ənənələri  kifayət  qədər  zəngindir. Azərbaycanlılar  arasında dünya çempionları çoxdur.  Ona görə də  Bakı  turnirində bizim  idman növünü daha da   populyarlaşdırmaq üçün Avropa Oyunları gözəl  meydandır.

Daha sonra S.Yeliseyev  demişdir: – Mən  həmçinin  bu yarışların  təşkilatçılarının  ünvanına  xoş sözlər söyləmək istərdim.  Yarım  il  əvvəl  mən  Bakıya  gələndə bu  şəhərdə  baş vermiş  xoş dəyişikliklərdən  heyrətə gəldim. İdmançılar üçün Atletlər Kəndi fantastik bir məkandır. Mən öz  həyatımda hələ belə şey görməmişəm. Elə digər  idman obyektləri də  ən yüksək  standartlara  cavab verir.  Azərbaycan qonaqpərvərliyi haqqında  isə  hətta  danışmamaq da olar. Öz təcrübəmdən bilirəm ki, Bakının  hər  bir  qonağı şəhərin hər  hansı   güşəsində  qayğı  və  diqqətlə  əhatə  olunub...

Göründüyü kimi,  Avropa  və  Ümumrusiya  Sambo Federasiyasının prezidenti  Sergey Yeliseyev  idmanın  bu  növünün  tarixdə  ilk dəfə  keçiriləcək Avropa  Oyunları  proqramına  daxil edilməsinə çox şaddır  və ölkəmizdə “Bakı – 2015”-ə aparılan  hazırlıq  işlərini beynəlxalq dairələrdə  yüksək  nüfuz  sahibi olan bir çox  digər mütəxəssislər kimi layiqincə  qiymətləndirir. Bunu da bir daha diqqətinizə çatdıraq ki, Azərbaycan paytaxtında   Avropa Oyunlarının  medalları  uğrunda 20 ölkənin samboçuları  mübarizə aparacaqlar və onlar iyunun 22-də  yarış  meydanına  dəvət olunacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında